BAKI, 25 fevral. TELEQRAF
"Ev şəraitində müalicəm davam edir".
Bu sözləri Teleqraf-a bir müddət əvvəl insult keçirən xalq artisti Fatma Mahmudova səhhətindən danışarkən deyib.
"Hər gün evə fizioterapevt gəlir, müalicəmdə müsbət irəliləyiş var. Bu xəstəlik səbr tələb edir. Hərdən səbrim çatmır. Səhnəyə dönmək istəyirəm", - deyə Xalq artisti bildirib.
Qeyd edək ki, F.Mahmudova insult keçirərək ağır vəziyyətdə İstanbul NS Klinikasına yerləşdirilmişdi.