BAKI, 13 avqust. TELEQRAF
Ayda həyat mümkündürmü? Honq-Konq alimləri Ay torpağından su əldə edərək, onu oksigen və kimyəvi yanacağa çevirməyə imkan verən üsul hazırlayıblar.
Teleqraf xəbər verir ki, bu unikal texnologiya Günəş işığını istiliyə çevirməklə və kimyəvi proseslər üçün lazımi şərait yaratmaqla işləyir.
Kəşf təkcə Ay torpağının insanların yaşayış yerinə çevrilə biləcəyini sübut etmir, həm də gələcək dərin kosmik missiyalar üçün yeni imkanlar açır.
“Bu, vacibdir, çünki hazırda Aya bir qallon (3,78 litr) su çatdırmaq 83 min dollara başa gəlir. Bir insan gündə təxminən 1,5 litr su içir ki, bu da kosmik gəmi üçün böyük yükdür. Bu texnologiya bu xərcləri kəskin şəkildə azalda və Ayda həyatı daha əlverişli edə bilər”, - elm adamları söyləyiblər.