BAKI, 26 noyabr. TELEQRAF
ABŞ-nin şərqində baş verən güclü fırtına səbəbindən 1000-dən çox aviareys ləğv edilib və ya gecikib.
Teleqraf xəbər verir ki, bu barədə FlightAware portalı məlumat yayıb.
Bildirilib ki, noyabrın 26-da qeyd olunan Şükranlıq Günündə 369 uçuş ləğv edilib, 666 reys isə gecikib.
Şiddətli hava şəraiti ölkənin bir neçə ştatında elektrik enerjisinin verilişində də fasilələrə səbəb olub.
Məlumata görə, elektrik kəsintiləri ABŞ-də yarım milyondan çox abonentə təsir edib. Ən çox elektrik kəsintisi Virciniya və Missuri ştatlarında qeydə alınıb.