BAKI, 26 noyabr. TELEQRAF

Noyabrın 26-da Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında keçirilən səsvermənin nəticələrinə əsasən, Tərtər 2028-ci il üçün “Gənclər Paytaxtı”, Masallı isə “İdman Paytaxtı” seçildilər.

Teleqraf xəbər verir ki, hər iki layihə istiqamət üzrə bölgələrin təqdimatları dinlənildikdən sonra Kollegiya üzvlərinin müzakirəsi və səsverməsi nəticəsində qaliblər müəyyənləşdirilib0

Tərtərdə il ərzində rayonda gənclərin ictimai fəallığının artırılması, yerli gənclər təşkilatlarının dəstəklənməsi və müxtəlif maarifləndirici-mədəni layihələrin icrası nəzərdə tutulur.

İdman paytaxtı Masallı daha əvvəl - 2020-ci ildə də “Gənclər Paytaxtı” statusunu daşıyıb. 2028-ci ildə isə rayonda ölkə əhəmiyyətli idman yarışlarının, çempionatların, seminarların və kütləvi festivallarının keçirilməsi planlaşdırılır.