BAKI, 18 iyul. TELEQRAF
Yaponiyanın Hokkaydo adasında ayının görünməsi barədə məlumatlar yayıldıqdan qısa müddət sonra itkin düşən ovçu axtarılır.
Teleqraf xəbər verir ki, bu barədə “The Independent” yazıb.
50 yaşlı kişi iyulun 16-da Hokkaydonun şimalında itkin düşüb. O, maral ovuna çıxıb və geri qayıtmayıb. Qohumları bu barədə hökumət orqanlarını məlumatlandırıblar. Yerli polis və xilasetmə xidmətinin iştirakı ilə keçirilən axtarış əməliyyatı zamanı itkin düşən şəxsin tüfəngi tapılıb. Tezliklə yaxınlıqda qan izləri aşkar edilib. Ehtimal olunur ki, ayı ovçunu meşəyə aparıb.
Hadisədən cəmi iki gün əvvəl Hokkaydo rəhbərliyi bəzi yaşayış məntəqələrinin yaxınlığında ayıların görünməsi səbəbindən fövqəladə vəziyyət elan edib. Ovçunun itkin düşdüyü rayonda da qonur ayı görülüb.
Qeyd edək ki, iyulun 12-də Hokkaydoda ayı poçtalyonu parçalayıb. Hücum Fukusima qəsəbəsində baş verib.