BAKI, 25 aprel. TELEQRAF

Fransalı sabiq hücumçu Tyerri Anri İngiltərə Premyer Liqası (APL) tarixinin ən yaxşı hücumçusu olub.

Teleqraf xəbər verir ki, bu barədə "Give me Sport" portalı sorğu keçirib.

Londonun “Arsenal” klubunda Premyer Liqada çıxış etdiyi müddətdə fransız futbolçunun 175 qolu var. Reytinqdə ikinci yeri “Nyukasl”ın keçmiş hücumçusu Alan Şirer (260 qol), üçüncü yeri “Everton” və “Mançester Yunayted”də oynamış Ueyn Runi (208 qol) tutub.

Uzun müddət “Tottenhem”də çıxış edən “Bavariya”nın hücumçusu Harri Keyn dördüncü olub (213 qol).