ABŞ-ın "Tesla" elektrik avtomobil şirkəti ölkədə 135 minə yaxın avtomobili geri çağırıb.

Teleqraf.com-un məlumatına görə, qərar mərkəzi monitorda qeydə alınan qüsurlarla əlaqədar verilib.

Qeyd olunur ki, nasazlıq nəticəsində arxa kameranın görüntüsü mərkəzi monitorda qeydə alınmaya bilər.

Geri çağırılma 2012-2018-ci illərdə istehsal olunmuş "Model S" və 2016-2018-ci illərin "Model X" modellərinə şamil olunur.