BAKI, 22 noyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad istiqamətində buraxılan pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü Türki əl-Maliki "X" sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, PUA Yəməndəki husi silahlı dəstələri tərəfindən buraxılıb. Hadisə nəticəsində tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Daha əvvəl koalisiya krallığın qərbindəki Qırmızı dəniz sahillərinə doğru atılan ballistik raketin də ələ keçirildiyini açıqlayıb.