Amerikalı Aleliya Mörfi 114 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, qadının ölüm səbəbi açıqlanmayıb. Mərhumun dəfn mərasimi Nyu-Yorkda baş tutacaq.

Amerikanın ən yaşlı qadını uzunömürlülüyün sirrini Allaha inamda və düzgün həyat tərzində görürdü.