Türkiyəli müğənni Nihat Doğan Özgecanın ölümü ilə bağlı Twitter-də yazdığı şərhə görə canlı yayımda ağlayaraq üzr istəyib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefonla canlı yayıma qatılan ifaçı yazdığı twit-lə bağlı açıqlama verib. O, “Mən mini ətəyə, geyimə qarışmıram. Sadəcə, ölkəmizdə su qabına belə təcavüz edilən zaman, mini ətək geyinəndə təcavüzlə üzləşməniz normal haldır”.

İfaçı ardından ağlayaraq üzr istəyib:

“Yazdıqlarım Özgecanla bağlı deyildi. Əgər səhv anlaşılıbsa, əvvəlcə studiyadakılardan, sonra da Türkiyə xalqından üzr istəyirəm”.

Qeyd edək ki, Türkiyədə 20 yaşlı tələbə Özgecan Arslanın zorlanması və öldürülməsi ictimaiyyət tərəfindən kəskin etirazla qarşılanıb. İnsanlar ölüm hökmünün yenidən bərpa olunmasını istəyir.

Teleqraf.com ifaçı Nihat Doğanı üzr istədiyi videonu təqdim edir:

Rüstəm