BAKI, 27 iyul. TELEQRAF

“The Forget Tomorrow” dünya turu çərçivəsində ilk dəfə olaraq Azərbaycana gələn Castin Timberleyk hazırda Bakı Olimpiya Stadionunda konsert proqramı ilə çıxış edir.

Teleqraf xəbər verir ki, onun konserti ilə əlaqəli 25 min turist ölkəmizə səfər edib. Belə ki, dünyadakı tur şirkətləri Timberleykin Bakıda konserti üçün tur paketləri hazırlayıb. Bu paketə tək konsert proqramı yox, həm də Bakının gəzməli, tarixi yerləri və restoranları daxildi.