BAKI, 11 dekabr. TELEQRAF
Amerikalı aktyor Conni Depp Mixail Bulqakovun məşhur “Master və Marqarita” romanının ilk ingilisdilli ekranizasiyasında baş rol üçün nəzərdən keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə "Variety" jurnalı yazır.
Məlumata görə, Depp layihədə həm də prodüser kimi iştirak edəcək, çəkilişlər aktyorun "IN.2 Film" studiyasının nəzarətində olacaq.
Filmin rejissoru hələ seçilməyib, istehsalın 2026-cı ilin sonunda başlanacağı gözlənilir.