BAKI, 22 aprel. TELEQRAF

Amerika Kino Akademiyası Oskar mükafatlarının təqdim edilməsi qaydalarında köklü dəyişikliklər edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Hollywood Reporter" yazır.

Nominasiyalar üzrə filmlərə səs vermək üçün Akademiya üzvləri təqdim edilən bütün filmlərə baxmalıdırlar.

Əvvəllər münsiflərdən filmə baxmadıqları halda səsvermədə iştirakdan imtina etmələri xahiş olunurdu.

İndi isə nümayəndələr filmə baxdıqlarını sübut etdikləri halda seçki bülleteni əldə edəcəklər və bu, xüsusi "Academy Screening Room" proqramından istifadə etməklə yoxlanacaq.

Akademiyanın üzvü kinofestivalda filmə baxıbsa, ondan xüsusi anket doldurması tələb olunacaq.