BAKI, 11 aprel. TELEQRAF

“Oskar” mükafatına 2027-ci ildən başlayaraq ən yaxşı kaskadyor nominasiyası əlavə olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Hollywood Reporter” Amerika Kino Filmləri Akademiyasına istinadən yazır.

Nəşr bildirir ki, yeni nominasiyasının qaydaları 2027-ci ildə elan olunacaq.

Əvvəllər kaskadyorlar "Oskar"da xüsusi mükafatlar alırdılar.