
BAKI, 17 may. TELEQRAF
Amerikalı aktrisa Emma Stoun 78-ci Kann Film Festivalının qırmızı xalçasında arının hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb .
36 yaşlı Stoun, Ari Asterin Xuakin Feniks, Ostin Batler, Pedro Paskal və Luk Qraysm ilə birlikdə rol aldığı yeni "Eddinqton" filminin premyerasından əvvəl foto çəkdiriblər.
Ulduzlar qırmızı xalçada şəkil çəkdirərkən arının hücumuna məruz qalıblar.