
BAKI. 10 fevral. TELEQRAF
Amerikalı milyarder İlon Mask məşhur reper Kanye Uesti "X" sosial şəbəkəsində izləyiciləri arasından çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə reper özünün "X" sosial şəbəkə səhifəsində məlumat verib.
"İlon məni izləməyi dayandırdı, ona görə də X-də nə qədər qalacağımdan əmin deyiləm", - reper yazıb.
Xatırladaq ki, məşhur amerikalı reper Mask haqqında açıqlamasında onu nasist və Hitlerpərəst adlandırıb.