BAKI, 13 may. TELEQRAF

Beynəlxalq Kann Film Festivalının təşkilatçıları, rep ifaçısı Kanye Vestin həyat yoldaşı Bianka Sensorinin "Qremmi" mükafatına tamamilə şəffaf "paltarda" gəlməsi ilə bağlı qalmaqaldan sonra festivala çılpaq şəkildə gəlməyi qadağan ediblər.

Teleqraf xəbər verir ki, bu barədə “People” nəşri yazıb.

"Ədəb qaydaları əsas götürülərək qırmızı xalça üzərinə, eləcə də festivalın hər hansı digər ərazisinə çılpaq şəkildə gəlmək qadağandır", - materialda deyilir.

Həmçinin qonaqlara zalda digərlərinin əyləşməsinə mane olan uzun şleyfli paltarlar geyinmək, eləcə də festivala idman ayaqqabılarında gəlmək qadağan edilib. Film nümayişlərinə gəlmək üçün məcburi geyim kimi axşam kostyumları müəyyən olunub. Bu qaydalara riayət etməyən “ulduzlar”ın qırmızı xalça üzərinə çıxmasına icazə verilməyəcək.