BAKI, 7 dekabr. TELEQRAF

"Netflix"in "Warner Bros"u 83 milyard dollara alması planı "Hollywood"da narahatlıq yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Bell" məlumat yayıb.

Bildirilir ki, ssenaristlərin peşə birlikləri kino teatr sahibləri ilə birgə razılaşmanın bloklanmasını tələb ediblər. Kino teatr sahibləri geniş yayımlanan filmlərin sayının azalacağından ehtiyat edirlər, peşə birlikləri isə iş yerlərinin ixtisar olunacağını proqnozlaşdırır.

"Hollywood" 2022-ci ildən etibarən böhran yaşayır. Bu müddət ərzində ssenarist və aktyorlar tətil etmiş, bilet satışları pandemiyadan əvvəlki səviyyəyə çatmamışdır. Son beş ildə sənaye on minlərlə işçi itirib.