Bu gün xalq artisti Aygün Kazımovanın doğum günüdür.
Teleqraf.com xəbər verir ki, xalq artisti Faiq Ağayev və aparıcı Elgiz Əkbər Aygün Kazımovanı doğum gününü təbrik etmək üçün evinə gediblər.
Faiq Ağayev “Ad günün mübarək, gözəl dostum! Qismətin yalnız sevinc olsun!”-deyə Aygün Kazımovanı təbrik edib.
Aparıcı Elgiz Əkbər isə 52 yaşı tamam olan xalq artistinin ünvanına xoş sözlər deyib: “Səhnəmizin divası Aygün Kazımovanı evində xalq artisti Faiq Ağayevlə təbrik etmək son dərəcə xoş oldu. Yüz illiyiniz qeyd edək, inşallah!"
Qeyd edək ki, Aygün Kazımova bu gün məkanların birində özünə dəbdəbəli doğum günü keçirəcək.