BAKI, 18 yanvar. TELEQRAF

Türk pop musiqisinin tanınmış simalarından Sıla növbəti dəfə Bakıda konsert verib.

Teleqraf xəbər verir ki, türkiyəli müğənni Bakı Konqres Mərkəzində səhnəyə çıxaraq pərəstişkarlarına unudulmaz musiqi gecəsi yaşadıb.

Sənətçi gecənin əvvəlində izləyiciyələrini salamlayıb: “Hər gələndə valeh oluram. Sizin nəzakətiniz və davranış tərziniz mənə çox xoş gəlir. Həqiqətən təsirlənirəm. Apreldə gəlmişdim, çox darıxmışdım. Dünən gəldim, soyuq olmasına baxmayaraq gəzdik və çox xoşuma gəldi. Bakı çox gözəldir. Bir-birimizə bir az ümid verəcəyik. Əgər bir-birimizlə iki dost kimi ayrılasaq, bundan daha xoşbəxti olmaz”.

Konsert proqramında Sılanın yeni mahnıları – “Yan benimle”, “Kapkara”, “Hep Olsun Aşk”, “Mesela”, “Rüyalar Güzeli” – ilə yanaşı, “Yan Benimle”, “Boşyere”, “Muhbir” kimi sevilən klassik hitləri də səsləndirilib.