BAKI, 25 iyun. TELEQRAF
Gürcüstan müğənnisi Dato Kençiaşvili yenidən Bakıda konsert proqramı ilə çıxış edəcək.
Teleqraf xəbər verir ki, konsert proqramı iyunun 28-də Heydər Əliyev Sarayında baş tutacaq.
Konsert proqramında Dato Kençiaşvilini “Taoba” uşaq ansamblı və “Eksperiment” qrupu müşayiət edəcək.
Müğənni Gürcüstanın çoxəsrlik tarixini və zəngin mədəniyyətini musiqinin dili ilə təqdim edəcək.