BAKI, 16 yanvar. TELEQRAF

İstanbul Baş Prokurorluğunun narkomaniyaya qarşı apardığı istintaqı çərçivəsində saxlanılan Türkiyənin məşhur aktyoru Oktay Kaynarcanın test nəticəsi mənfi çıxıb.

Teleqraf xəbər verir ki, aktyor bu haqda sosial media hesabında məlumat verib.

"Həyatım boyu böyüklərimdən miras qaldığı və onlardan öyrəndiyim düsturla yaşamağa çalışmışam.
Ləyaqət, şərəf, vicdan, mərhəmət həyat yolçuluğumun dəyişməz anlayışları olub. Son dövrdə hər kəsin şahidi olduğu bu xoşagəlməz ittiham bu hesabatla öz təmizliyini sübut etdi və verdiyim sözümü də isbatlamış oldum.Heç kimin şübhəsi olmasın ki, dövlətin həyata keçirdiyi narkotik əməliyyatına olan dəstəyim bundan sonra da sonuna qədər davam edəcəkdir",- aktyor bildirib.