BAKI, 2 yanvar. TELEQRAF

Amerikalı skripkaçı Brayan Kinq Cozef Hollivud aktyoru Uill Smiti cinsi xarakterli təcavüzdə ittiham edərək Los-Anceles məhkəməsinə müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Musiqiçinin iddiasına görə, Uill Smit ona qarşı etimad qazanmağa çalışıb və bunu sonradan cinsi istismar məqsədilə edib. Məhkəmə sənədlərində qeyd olunur ki, aktyor skripkaçıya aralarında xüsusi bir bağ yarandığını təlqin edib və iddiaçıya yaxınlığını göstərən müxtəlif ifadələrdən istifadə edib.

İddia ərizəsində bildirilir ki, Brayan Kinq Cozef 2025-ci ilin mart ayında Uill Smitin musiqi turunda iştirak edib. Həmin dövrdə o, aktyorun sistematik şəkildə cinsi xaraketli davranış sərgilədiyini və bir sıra travmatik hadisələrlə üzləşdiyini iddia edir.