Xalq artisti Aygün Kazımova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, o, İnstaqramda işgəncə verilən pişiyin fotosunu paylaşaraq bu hadisəni törədən şəxsə cəza verilməsini istəyib: "Bu fotonu izləyicilərim instaqramda mənə göndərib. Görəndə nə deyəcəyimi bilmədim. Baxmağa belə insanın ürəyi gəlmir. Bunu edənlər hansı ürəyə sahibdirlər? Bu cür vəhşilik olarmı?
Bu, ilk deyil. Dəfələrlə heyvanlara işgəncə verilən görüntülər yayılıb. Bu, canilikdir. İnanıram ki, lazımi qurumlar bu məsələni araşdırıb, səbəbkarları cəzalandıracaqlar. Gəlin, mərhəmətimizi itirməyək”.