Əməkdar artist Dilarə Əliyeva Azad Azərbaycan televiziyasında xalq artisti Aygün Kazımovanın Yeni il gecəsi qazandığı məbləği açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Dilarə Əliyeva bu sözləri deyib: "Dedilər ki, Aygün Kazımova Yeni il gecəsi 60 min manat qazanıb".

Aparıcı Zaur Baxşəliyev isə "60 min nədir ki, xaricdən bir nəfəri 200 minə gətizdirirlər", - deyə xalq artistinin qonorarına münasibət bildirib.