Xalq artisti Aygün Kazımova Real TV-də qonaq olub.
Teleqraf.com xəbər verir ki, xalq artisti aparıcının "Aygün Kazımova doğulmasaydı, bizim estradamız necə inkişaf edəcəkdi?" sualına belə cavab verib:
"Aygün Kazımova olmasaydı, bu missiyanı daşyacaq kimsə olardı. Bu rol mənim üzərimə düşüb. Missiyamı davam etməkdən zövq alıram. Biri var ki, açılan yol ilə, biri də var ki, açdığın yol ilə gedəsən. Təbii ki, bu yolda qəlbim də inciyib, ağlamışam, kövrəlmişəm. İnsana xas olan bütün xüsusiyyətləri yaşamışam. Hərdən deyirlər ki, niyə Aygün seçildi!? Cavab vermişəm ki, yəqin insanları sizdən çox sevirəm".
Aygün Kazımovanın "Özünüzü çox incitmisiniz" sualına isə cavabı belə olub: "Özümü çox incitmişəm və insanlardan bağışlanmağı daha çox sevirəm, nəinki özüm. Əsəbləşirəm, çılğınam, emosionalam. Amma bu bir müddət olur. O insanın könlünü almağa çalışıram. O insandan üzr istəyirəm, səbəbini başa salıram. Deyirəm ki, elə bir vəziyyətdir ki, əsəblərim çox gərgindir. Bilirsən ki, səni sevirəm. Gərək özümdən də başlayım, çünki özümü çox incidirəm. Ən azından plastik əməliyyatlar... Heç özümə yazığım gəlmir. Mən aydan gəlmişəm".