Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin 3000 manat cəriməsi var.

Teleqraf.com xəbər verir ki, Cahad Hacıyev bu haqda İnstaqramda məlumat verib.

O, İnstaqramda hekayə bölümündə şəbəkə izləyicisinin “Ən çox nədən qorxursan?” sualına “Azadlıqdan məhrum edilməkdən qorxuram. Ona görə də karantin qaydalarını və komendant saatını pozduğuma görə 3000 manat cəriməm var. Azadlıq olmadan yaşaya bilmərəm”, - deyə cavab verib.