"Vaxtilə yanımda dayanmaq üçün, mahnılarımı oxuyub, yalvaran biri, bu gün məni dəhşət heyrətə saldı. Əqlimi müxtəlif fikirlər aldı, gözlərim yol çəkib keçmişə daldı. Ona dəstəyimi rica edənlər, əsl kişi xislətli, mərd yoldaşlar, sayıb-seçdiyim əziz qardaşlardır".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova İnstaqramda hekayə bölümündə yazıb.

Xalq artisti dəstək olduğu insanın ünvanına ad çəkmədən od püskürüb:

"El arasında deyillər ki, "İtə də yiyəsinə görə hörmət elə". Bu isə çaqqal imiş. Göz görə-görə tez dəyişdi. Mənim kimi Hindistan, Afrika, Amerika, Avstriya, Almaniya, İngiltərə, İsveçrə, İsveç, Norveç, Əlcəzairdə və s. başqa ölkələrdə konsertlər versəydi, camaata "salam" verməzdi. Allah bilir... Belə insanlar hardan çıxır, onları hansı fabrik istehsal edir, dünya belələrini sonda nə edir?! Bəlkə min sifət olmağı ana bətnində öyrənirlər".