Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə paylaşımı ilə təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:
“Bakının dərdi var, söyləyə bilmir. Ağız dediyini qulaq eşitmir. Artıq ədəb-ərkan pozulsa belə kəsdiyi çörəyi itirmir, danmır. Yaxşı niyyətindən dünya danışır. Qonaqla tez dil tapır, qaynayır, qarışır, vəfalı, ziyalıdır. Gözü götürməyəni çox, mənim tək başı bəlalıdır. Çağdaş olduğu qədər sadədir, həyalıdır. Abrına sığınıb danışmır, danmır, adət-ənənəsini qoruya bilmir. Bakının dərdi var, şikayət etmir, ağız dediyini qulaq eşitmir”.