BAKI, 26 oktyabr. TELEQRAF
2026-cı ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta" ASC olub.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət hesabat dövründə 568 milyon 351 min manat məbləğində sığorta haqqı toplayıb.
İkinci yerdə 308 milyon 931 min manatla “Paşa Sığorta” ASC qərarlaşıb. Şirkəti 83 milyon 579 min manatla “Atəşgah Həyat Sığorta" ASC izləyib.
Renkinqdə “Atəşgah Sığorta” ASC şirkəti 69 milyon 156 min manatla dördüncü, “Qala Sığorta” ASC isə 52 milyon 581 min manatla beşinci olub.
Ümumilikdə, hesabat dövründə ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri tərəfindən 1 milyard 248 milyon 485 min manat məbləğində sığorta haqqı toplanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 7,9% artım deməkdir.