BAKI, 26 oktyabr. TELEQRAF
İsrailin Azərbaycandakı səfirliyi 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, səfirliyin stendində israilli müəllif İn bal Arieli tərəfindən yazılmış “Xutspa” kitabının Azərbaycan dilində yeni nəşri təqdim olunub. Kitab “Qanun” nəşriyyatı ilə əməkdaşlıq çərçivəsində nəşr edilib.
Əsərdə İsrailin innovasiya uğurunun arxasında dayanan maraq, yaradıcılıq və sahibkarlıq mədəniyyətindən bəhs olunur.
Səfirlik hər kəsi kitab ilə tanış olmağa dəvət edib.