BAKI, 26 oktyabr. TELEQRAF

İsrail müdafiə naziri İsrael Kats Təl-Əvivin seçkilərdən əvvəl İrana hücum etmək niyyətində olduğu barədə yayılan məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“İsrailin seçkilərdən əvvəl İrana hücum etmək niyyəti yoxdur”, - müdafiə naziri bildirib.

Kats İsrail Baş naziri Benyamin Netanyahu ilə Qərargah rəisi Eyal Zamir arasında seçkilərdən əvvəl İrana hücumla bağlı fikir ayrılığına dair məlumatları da təkzib edib.

Xatırladaq ki, İsraildə növbəti parlament seçkiləri oktyabrın 27-də keçiriləcək.