BAKI, 13 oktyabr. TELEQRAF
2025-ci ilin sonu ilə müqayisədə bank sektorunun kredit portfelində dollarlaşma 1.4 faiz bəndi artaraq 15.6%-ə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2026-cı ilin birinci yarısı üzrə dərc etdiyi "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd edilib.
Bildirilib ki, depozit portfelinin dollarlaşması 2026-cı ilin birinci yarımili ərzində 1.6 faiz bəndi azalaraq 34% təşkil edib.
2025-ci ilin sonu ilə müqayisədə 2026-cı ilin 1- ci yarısında fiziki şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 2.9 faiz bəndi azalaraq 28.5%, tələbli depozitləri üzrə isə 3.3 faiz bəndi azalaraq 28.3% olub. hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 1.8 faiz bəndi azalaraq 55.4% təşkil edib. Xarici valyutada hüquqi şəxslərin tələbli depozitlərinin cəmi depozit portfelində payı isə 0.2 faiz bəndi artaraq 33.0% olub.
Qeyd edək ki, Mərkəzi Bankın qüvvədə olan tənzimləyici çərçivəsinə əsasən, xarici valyuta ilə istehlak kreditlərinin verilməsi yalnız borcalanın xarici valyutada gəliri olması şərtilə verilir. Xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada istehlak kreditlərinin verilməsi isə yalnız belə kreditlərin təminatı qismində eyni bankda xarici valyutada depozitlər, yaxud digər I qrup təminatların (kreditin təminatın dəyərinin 90%-dən çox olmaması şərtilə) çıxış etməsi halında mümkündür.