BAKI, 9 oktyabr. TELEQRAF
2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 29 milyard 312,1 milyon manat təşkil edib.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bu göstərici proqnozu 787,7 milyon manat və ya 2.8% üstələyib.
Dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 169,7 milyon manat və ya 0.6% çoxdur.
Yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 25 milyard 348,2 milyon manat məbləğində icra edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 680 milyon manat və ya 2.8% çoxdur.
Hesabat dövrü ərzində icmal büdcənin gəlirləri 36 milyard 730,8 milyon manat, xərcləri isə 30 milyard 89,9 milyon manat məbləğində icra edilib.
Cari ilin 9 ayında xəzinədarlıq orqanları tərəfindən 984 mindən çox ödəniş tapşırığı icra edilib.