BAKI, 24 sentyabr. TELEQRAF
2026-cı ilin yanvar-avqust ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişini “Paşa Həyat Sığorta” ASC aparıb.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət hesabat dövründə 477 milyon 193 min manat ödəniş edib.
Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” ASC (115 milyon 57 min manat) ,“Qala Sığorta" ASC (16 milyon 254 min manat) üçüncü olub. Siyahıda bu şirkətləri “Meqa Sığorta" ASC (11 milyon 306 min manat) “Xalq Sığorta” ASC (6 milyon 494 min manat) izləyib.
Qeyd edək ki, cari ilin ilk 8 ayında sığorta şirkətləri ümumilikdə 773 milyon 153 min manat sığorta ödənişi ediblər. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 28,1% artım qeydə alınıb.