BAKI, 26 oktyabr. TELEQRAF
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) “Pepel” Teleqram kanalının sahibinə qarşı “terrorçuluğa haqq qazandırma” və “qadağan olunmuş terror təşkilatlarını dəstəkləmə” ittihamları ilə cinayət işi açıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edilib ki, şübhəli şəxs açıq şəkildə Rusiyada qadağan edilmiş “Rusiya Könüllülər Korpusu” və “Rusiya Azadlığı Legionu” qruplaşmalarını (müharibədə Ukraynanın tərəfində çıxış edirlər - red.) dəstəkləyən fikirlər səsləndirib.
Teleqram kanalının sahibi “xarici agent” kimi tanınıb və onun Cənubi Qafqaz ölkələrindən birində olduğu bildirilib. Onu yeddi ilədək həbs cəzası gözləyir. Söhbətin hansı ölkədən getdiyi isə dəqiqləşdirilməyib.
“Pepel-Belqorod” Teleqram kanalının abunəçilərinin sayı 170 mini ötür.