BAKI, 26 oktyabr. TELEQRAF
İsveçin Bakıdakı səfiri Luis Morsinq Azərbaycanın Stokholmdakı səfiri Elnur Sultanovla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyinin sosial media hesabında paylaşım edilib.
Görüş ötən həftənin cümə günü Bakıda yerləşən Nobel Qardaşlarının Ev Muzeyi – Villa Petroleada baş tutub.
Tərəflər görüş zamanı fikir mübadiləsi aparıb, İsveç-Azərbaycan əlaqələrinin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.