BAKI, 13 oktyabr. TELEQRAF

2026-cı ilin birinci yarısında 2025-ci ilin ilk yarısı ilə müqayisədə Azərbaycan bank sektorunun faiz xərcləri 19% (158 mln) artaraq 1 milyard 2 milyon manat olub.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2026-cı ilin birinci yarısı üzrə dərc etdiyi "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd edilib.

Bildirilib ki, nominal ifadədə artımın ən böyük hissəsini fiziki şəxslərin depozitləri (xüsusilə müddətli depozitlər) formalaşdırıb. Belə ki, fiziki şəxslərin depozitlərindən formalaşan faiz xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 112 mln. manat və ya 33% artıb. Maliyyə institutları arasındakı kredit və depozitlər üzrə maliyyələşmə xərcləri də əhəmiyyətli dərəcədə artaraq (39% və ya 61 mln) faiz xərclərini artıran vacib göstəricilərdən biri olub.