BAKI, 13 oktyabr. TELEQRAF

2026-ci ilin birinci yarımili ərzində Azərbaycanın bank sektoru üzrə 62 mln. manat məbləğində silinmə baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2026-cı ilin birinci yarısı üzrə dərc etdiyi "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd edilib.

Bildirilib ki, silinmələr əsasən istehlak portfeli üzrə olub. Belə ki, dövr ərzində silinmələrin 92%-i (57 mln. manat) istehlak portfeli, 8%-i isə (5.1 mln. manat) biznes kreditləri üzrə olub. Biznesin kreditlərinin cəmi 3.2%-i qeyri-işlək statusundadır. Ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə qeyri-işlək kreditlərin həcmi 30% artaraq 557 mln. manat təşkil edib. Qeyri-işlək kreditlər əmsalı isə bu seqment üzrə 0.5 faiz bəndi artaraq 3.2% təşkil edib.

Hesabatda bildirilib ki, dövr ərzində qeyri-işlək portfelin artımı əsasən ticarət və xidmət sektorları üzrə müşahidə olunub. Təhlillər biznes portfelində qeyri-işlək kreditlərin artımının fərdi müştərilər hesabına olduğunu və sistem xarakteri daşımadığını göstərir.