BAKI, 13 oktyabr. TELEQRAF
2026-cı ilin birinci yarımili ərzində Azərbaycanda bank sektoru üzrə qeyri-işlək kredit (QİK) portfelinin həcmi 25% (191 mln. manat) artaraq 954 mln. manat təşkil edib.
Tekeqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2026-cı ilin birinci yarısı üzrə dərc etdiyi "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd edilib.
Bildirilib ki, qeyri-işlək portfellər üzrə biznes istehlak və ipoteka kreditlərində müvafiq olaraq 128 mln. manat, 58 mln. manat və 5 mln. manat artım baş verib. Nəticədə, qeyri-işlək portfelin cəmi kredit portfelində payı (QİK əmsalı) yarımil ərzində 0.5 faiz bəndi artaraq 3% təşkil edib.