BAKI, 13 oktyabr. TELEQRAF

2026-cı ilin ilk yarısında ötən ilin sonu ilə müqayisədə bank olmayan kredit təşkilatları (BOKT) sektorunun qeyri-işlək kredit (QİK) portfeli 46% artaraq 158.6 mln. manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2026-cı ilin birinci yarısı üzrə dərc etdiyi "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd edilib.

Yarım il ərzində qeyri-işlək portfelin cəmi kredit portfelində payı (QİK əmsalı) isə 1.7 faiz bəndi artaraq 12% olub. QİK əmsalı istehlak kreditləri üzrə 6 ay ərzində 0.5 faiz bəndi artaraq 13.2%, biznes kreditləri üzrə isə 3.6 faiz bəndi artaraq 9.7% təşkil edib.