BAKI, 26 oktyabr. TELEQRAF

Niderlandın xarici işlər naziri Tom Berendsen Ermənistana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.

O bildirib ki, səfərin məqsədi Azərbaycan və Ermənistanla əməkdaşlığı daha da dərinləşdirməkdir.

Tom Berendsen səfər çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə də müzakirələr aparacaq.

Niderlandın xarici işlər naziri ölkəsinin davamlı sülhə nail olmaq istiqamətində növbəti addımları dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, Tom Berendsen bu gün Azərbaycanda səfərdədir.