BAKI, 26 oktyabr. TELEQRAF
İstismara verildiyi tarixdən 2026-cı ilin oktyabrın 1-dək "Qaradağ" Günəş Elektrik Stansiyasında (GES) 1 milyard 488 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 230 MVt gücü olan "Qaradağ" GES 2023-cü il oktyabrın 26-da işə salınıb. 550 hektar ərazini əhatə edən stansiyada 570 min günəş paneli quraşdırılıb.