BAKI, 26 oktyabr. TELEQRAF

Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda İsrail yığması ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisi bu gün saat 18:15-də Haiti yığması ilə növbəti matçına çıxacaq. Görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Qeyd edək ki, U-15 millimiz turnirdə daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib, Avstraliya seçməsinə isə 1:3 hesabı ilə uduzub.