BAKI, 2 oktyabr. TELEQRAF
Cari ilin sentyabrının sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 62.1 milyon ABŞ dolları və ya 0.41% artaraq 15 milyard 363.4 milyon dollara çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Qeyd edək ki, yanvarın sonu il müqayisədə isə artım 3 milyard 799.9 milyon və ya 32.86% ABŞ dollar təşkil edib.