BAKI, 13 oktyabr. TELEQRAF

Azərbaycanda sığorta sektorunda sığorta haqları üzrə yüksək təmərküzləşmə davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2026-cı ilin birinci yarısı üzrə dərc etdiyi "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd edilib.

Bildirilib ki, Herfindahl-Hirschman İndeksinə (HHI - rəqabət səviyyəsini ölçən indeks - red.) əsasən 2026-cı ilin birinci yarımilinə həyat və qeyri-həyat sığorta sektoru yüksək təmərküzləşmə şəraitində fəaliyyət göstərib. Belə ki, indeks həyat sığortası üzrə 119 vahid azalaraq 6822, qeyri-həyat sığortası üzrə isə 593 vahid artaraq 3813 təşkil edib.