BAKI, 26 oktyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 25-də keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilər barədə danışıb.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada video yayımlayıb.
Baş nazir bildirib ki, seçkilərin nəticələrinə əsasən, hakim “Vətəndaş Müqaviləsi” Partiyası və onu dəstəkləyən namizədlər inamlı qələbələr qazanıblar.
Paşinyan qeyd edib ki, bu, ilk baxışdan sevindirici görünsə də, bəzi icmalarda “Vətəndaş Müqaviləsi”nin 90, 80 və 70 faizdən çox səs toplaması onu elə də qane etməyib: “Çünki ilk baxışdan nə qədər xoş görünsə də, bu faizlər müəyyən assosiasiyalar yaradır, həmçinin Ermənistan Respublikasında müxalifət məsələsini də gündəmə gətirir”.