BAKI, 16 sentyabr. TELEQRAF
Yaxın 4 ildə büdcənin neft-qaz gəlirləri 12 milyard 240 milyon manata, o cümlədən Dövlət Neft Fondundan (ARDNF) transfert 9 milyard 350 milyon manata endiriləcək, qeyri-neft-qaz gəlirləri isə 28 milyard 337 milyon manata çatdırılacaq.
Teleqraf xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2027-ci il üzrə büdcə proqnozlarında qeyd olunub.
2030-cu ilə qədər büdcə xərclərinin isə 44 milyard 236,5 milyon manata yüksələcəyi, o cümlədən cari xərclərin 27 milyard 736,5 milyon manat, əsaslı xərclərin 13 milyard 500 milyon manat, dövlət borcu və öhdəliklərinə xidmət xərclərinin isə 3 milyard manat olacağı gözlənilir.