BAKI, 16 sentyabr. TELEQRAF
2027-ci ildə Azərbaycanda təhsil xərclərinin 5 milyard 98,2 milyon manat olması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2027-ci il üzrə büdcə proqnozlarında qeyd olunub.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,6 % çoxdur.
Həmçinin 2027-ci ildə Azərbaycanda səhiyyə xərclərinin 2 milyard 82,6 milyon manat olması nəzərdə tutulur.
Bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,9 % çoxdur.
Səhiyyə xərclərinə icmal büdcədə isə 3 milyard 962,8 milyon manat ayrılması planlaşdırılır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.