Azərbaycan hökuməti 2027-ci ildə ölkədə illik inflyasiyanın 5,3 % təşkil edəcəyini proqnozlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2027-ci il üzrə büdcə göstəricilərində qeyd olunub

Proqnozu İqtisadiyyat Nazirliyi cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsini, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsirini, nominal effektiv məzənnə indeksinin dinamikasını və məzənnənin sabit qalması fərziyyələri, mal və xidmətlərin tənzimlənən tariflərinin dəyişməsinin təsirlərini nəzərə alaraq hazırlayıb. Nazirlik 2026-cı ildə ölkədə illik inflyasiyanın 5,7 % olacağını gözləyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 %, avqust ayında ötən ilin eyni ayına nisbətən 5,7 %, bu ilin iyul ayına nisbətən 0,2 % artıb.